Bu gün Şotlandiyanın Qlazqo şəhərində idman gimnastikası üzrə dünya çempionatında ayrı-ayrı yarışlar üzrə finallar keçirilir.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilmiş Avropa Oyunlarının 5-qat mükafatçısı, azərbaycanlı gimnast Oleq Stepko 15,966 balla üçüncü yeri tutub və bürünc medal qazanıb.
3-cü yeri tutan Oleq 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
F.H.
www.oxu.az