Soçi Qış Olimpiya Oyunlarında daha bir maraqlı hadisə yaşanıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qış Olimpiadaları tarixində ilk dəfə birinci yeri və qızıl medalı iki idmançı birdən əldə edib.
Belə ki, dağ xizəyi idman növündə sloveniyalı Tina Maze və isveçrəli Dominik Qizin final mərhələsində eyni nəticəni göstəriblər (1.41.57).
Hər iki idmançı yarışın qalibi adını qazanıb.