Azərbaycanı Tokio Olimpiya Oyunlarında atletikanın üç təkanla tullanma növündə təmsil etməli olan Aleksis Kopelyo uğursuzluqla üzləşib.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, dünya reytinqi ilə Olimpiadaya lisenziya qazanmış Kuba əsilli idmançı ciddi zədələnib.
Bu səbəbdən o, yaşadığı İspaniyada əzələsindən əməliyyat olunub.
Qeyd edək ki, atletikada Azərbaycanı Anna Skidan və Nazim Babayev təmsil edəcək. Ukrayna əsilli Skidan çəkicatma, Nazim isə üç təkanla tullanma növlərində mübarizə aparacaq.
Səbuhi Musayev