Futbol üzrə Yunanıstan çempionatının XXIX turunda AEK-i 1:0 hesabı ilə məğlub edən "Olimpiakos" mövsümün sonuna üç tur qalmış çempionluğu təmin edib.
Oxu.Az xəbər verir ki, bu, "Olimpiakos"un son üç il ərzində ilk, ümumilikdə isə 48-ci çempionluğudur.
Klub bu göstərici ilə Yunanıstan çempionatının rekordçusudur.
Qeyd edək ki, ölkənin bütün digər klublarının birlikdə qazandığı çempionluqların sayı cəmi 41-dir.