Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hərbi xidmətdən yeni gəlmişdi, faciəvi şəkildə öldü
Hərbi xidmətdən gələndən 5 gün sonra qəza keçirən Rəşad Əkbərov vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, ötən gün axşam saatlarında müalicə aldığı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində həyatını itirib.
Qeyd edək ki, rayonun Bəydili kənd sakini Tofiq Əliyev "Mercedes" markalı mikroavtobusla hərəkətdə olarkən Nəsimikənd sakini 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurmuşdu.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar