Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Olimpiakos"un prezidenti "Qarabağ" üzərində qələbəyə görə futbolçulara böyük bonus vəd etdi
Yunanıstanın "Olimpiakos" klubunun futbolçuları UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Azərbaycanın "Qarabağ" komandası üzərində qələbə qazanacaqları təqdirdə böyük bonus alacaqlar.
Oxu.Az-ın yerli SDNA nəşrinə istinadən məlumatına görə, bunu Pirey klubunun prezidenti Evangelos Marinakis Yunanıstan çempionatında "Panatinaikos"la (2:2) heç-heçə ilə başa çatan derbi oyunundan sonra komanda ilə söhbəti zamanı bildirib.
O qeyd edib ki, hakim qərarlarına görə derbidə qalib gələ bilməyiblər.
Marinakis "Qarabağ"la matçın həm onun özü, həm də "Olimpiakos" azarkeşləri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Klub prezidenti "Panatinaikos"la gərgin matçdan sonra mümkün yorğunluğa baxmayaraq, qələbə qazanmaq üçün maksimum səy göstərməyə çağırıb.
"Biz, hətta 10 nəfərlə rəqibdən üstün idik. Bəlkə də çoxunuz yorulmusunuz. Cümə axşamı keçiriləcək matçın mənim və azarkeşlərimiz üçün nə qədər vacib olduğunu bilirsiniz. Əgər "Qarabağ"ı məğlub etsəniz, böyük bonus alacaqsınız. Var gücünüzlə çalışmalısınız", - deyə Marinakis bildirib.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" qarşılaşması yanvarın 30-dan 31-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Neftçi" - "Qarabağ" matçının hakimləri bəlli olub
- Avropanın top komandalarının reytinq siyahısı – "Neftçi" irəlilədi, "Qarabağ" gerilədi
- UEFA Avropa Liqası: "Fənərbağça" birinci, "Qarabağ" ikinci oldu
- Riçard Almeydadan Qurban Qurbanova: "Sən mənim ikinci atamsan"
- "Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı
Rəylər