İspaniyanın Fuenqxirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış edib.
Yeniyetmə idmançılarımız bir gümüş və bir bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində yarışan, yeniyetmələrin Olimpiya çempionu Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq üçüncü yeri tutub.
Qeyd edək ki, Fuenqxirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə səkkiz idmançı təmsil edib və cüdoçularımızdan dördü medal qazanıb.
Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülmüşdü.
