Nicat Rəhimov millidə öz istədiyi kimi məşq etmək fikrindədir. Bolqarıstanlı baş məşqçi Zlatan Vanevin tətbiq etdiyi sistemi qəbul etmək istəmir. Nicat dərmanlar vasitəsilə məşq etməyə üstünlük verir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov deyib.
Onun sözlərinə görə millidə bolqar sistemiylə məşq etmək əksər idmançılar üçün çətindir:
“Nicatın şəxsi məşqçisi onun atasıdır. Atası isə çörəkbişirəndir. Ancaq Zlatan peşəkar məşqçidir. Peşəkarlarla işləmək istər olimpiya, istərsə də digər yarışlarda idmançıları qızıl medala daha da yaxınlaşdırır. Əgər yarışlarda qalib olmaq istəyirsənsə, çətinliyə dözməlisən, dərmanlarla məşq etməməlisən. Nicat və onun kimilər bunu qəbul etmək istəmir. Bizim məqsədimiz isə Olimpiya oyunlarında daha çox qızıl medal əldə etməkdir” - deyə, İ.Əsgərov bildirib.
Qeyd edək ki, Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib. Bu barədə atletin atası Əli Rəhimov məlumat verib. Ə.Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib.
Xatırladaq ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu adına da sahib olub.
16:55
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib.
Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, bunu 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib.
O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin adından çıxış edəcək. Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib.
Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu adına da sahib olub.