Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Olimpiya çempionumuz üçüncü dəfə AÇ-nin finalına çıxıb - YENİLƏNİB
Güləş üzrə Avropa çempionatında daha bir idmançımız final görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, Olimpiya çempionumuz Şərif Şərifov (-92 kq) yarımfinalda İrakli Mtsiturini (Gürcüstan) 8:2 hesabı ilə məğlub edib və iki görüşə finala vəsiqə qazanıb.
Bununla da o üçüncü dəfə Avropa çempionatının finalında mübarizə aparacaq.
Hacımurad Hacıyev (-74 kq) İtaliyanı təmsil edən kubalı ikiqat dünya və Avropa çempionu Frank Çamisoya 2:6, Murad Süleymanov (-86 kq) isə yarımfinalda rusiyalı Vladislav Vəliyevə 0:7 hesabı ilə uduzub. Onların hər ikisi sabah bürünc medal görüşünə çıxacaq.
17:50
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayır.
Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib.
Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev ardıcıl Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək yarımfinala adlayıb.
Murad Süleymanov isə sıra ilə Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb.
Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib.
Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.
Rəylər