8-9 fevral 2014-cü il tarixdə Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.
Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edəcək.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Fransaya yollanıb. Heyətdə Mariya Stadnik, Yuliya Ratkeviç və Səbirə Əliyeva yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov iştirak edəcək.