Bu gün Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxıb.
Son Olimpiya mükafatçımız Patimat Abakarova (-49 kq) artıq uduzaraq mübarizəni dayandırıb. Fəridə Əzizova (-67 kq) isə Andrea Mokanuya (Rumıniya) qalib gəlməyə çalışacaq.
Son Olimpiya çempionumuz Radik İsayev (+80 kq) isə lisenziya uğrunda mübarizəyə sabah qatılacaq.
Qeyd edək ki, daha əvvəl Milad Beiqi (-80 kq) Olimpiadaya lisenziyanı 2019-cu ildə təmin edib.