Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Olivye Jiru Fransa millisinin tarixinə düşdü
İtaliya “Milan”ında çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.
“Report”un məlumatına görə, 36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.
44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. 3-cü pillədə 42 qolla İspaniyanın “Atletiko” (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.
Qeyd edək ki, hazırda Fransa - Polşa görüşündə fasilədir. İlk hissədən sonra “xoruzlar” məhz Jirunun yeganə qolu ilə hesabda öndədir - 1:0.
"Antuan Qrizman" teqi üzrə xəbərlər
- İspaniya La Liqasında ən çox oyun keçirən legionerlərin siyahısı bəlli oldu - Ronaldunun adı yoxdur
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- Bugünkü Madrid derbisi Qrizman üçün sonuncu ola bilər
- "Real Madrid" və "Atletiko Madrid"in ulduzları içki brendinin sahibi oldular
- Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib