"Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hazırlıqları son mərhələyə çatır".
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bildirib.
"Milli Gimnastika Arenasında son işlər görülür. Bir neçə günə tam hazır olacaq. Milli komanda da hazırlığını davam etdirir. Daha əvvəl beynəlxalq turnirdə iştirak etmişik. Bu yaxınlarda turnirdən əvvəl son oyunumuzu Birləşmiş Ərəb Əmirliklərinin komandasına qarşı keçirəcəyik", - o deyib.
O.Məmmədov "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" arasında oynanılacaq "Legends Cup" barədə də danışıb:
"Hesab edirik ki, mayın 19-da futbol əfsanələri arasında baş tutacaq matç da azarkeşlər tərəfindən rəğbətlə qarşılanacaq. Futbol ictimaiyyəti həmin görüşü çox istəyir".
Anar Həsənov