Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Orxan Məmmədov: "Minifutbol üzrə dünya çempionatının Azərbaycanda təşkili böyük əhəmiyyət kəsb edir"
"Minifutbol üzrə dünya çempionatının Azərbaycanda təşkili idmanımız üçün böyük əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, mundialda Azərbaycan millisinin şanslarını dəyərləndirib:
"Maraqlı qrupa düşmüşük. Ümid edirəm ki, ev sahibi komanda olaraq azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirəcəyik. Hər birimiz yığmamıza inanırıq. Bütün kollektivlərə uğurlar arzu edirəm".
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
Anar Həsənov
"Orxan Məmmədov" teqi üzrə xəbərlər
- Filip Yuda: "Azərbaycan Minifutbol Federasiyası dünya çempionatının təşkilində fəal iştirak edir"
- EKVITA Azərbaycanda ESG standartlarını tətbiq edən ilk şirkət oldu
- Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb
- Bakıda "IVY HUB" Tədris Mərkəzi fəaliyyətə başladı
- KOBİA Şabranda sahibkarlarla görüşüb