"Qalatasaray" komandasının nigeriyalı hücumçusu Viktor Osimhen yeni müqaviləyə əsasən hər mövsümə görə 15 milyon avro qazanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə klubunun Mətbuat Xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 26 yaşlı Osimheni "Napoli"dən 75 milyon avroya aldığını və forvardla 4 illik müqavilə imzaladığını açıqlayıb.
Müqaviləyə əsasən, oyunçu hər mövsümə görə 15 milyon avro həcmində zəmanətli maaş, 1 milyon avro həcmində loyallıq bonusu və imic hüquqlarından istifadəyə görə 1 milyon avro həcmində qonorar alacaq.
Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib. O, bütün turnirlərdə 41 matçda 37 qol vurub və 8 məhsuldar ötürmə edib.