FIFA kişi futbolunda beynəlxalq transferlərlə bağlı 2025-ci ilin hesabatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, transferlərin sayı və maliyyə dövriyyəsinin əks olunduğu hesabatda Azərbaycan 58-ci pillədə qərarlaşıb.
Qurumun məlumatına görə, 2025-ci ildə Azərbaycana 162 oyunçu transfer olunub, 95 futbolçu isə ölkə xaricinə transfer olub.
Klublarımız transferlər üçün 4.96 milyon dollar xərcləyiblər, satdıqları oyunçulardan isə 9.53 milyon dollar gəlir götürüblər.