“Müharibənin ilk günlərindən – sentyabrın 28-dən hərbi xidmətdəyəm. Əvvəl Goranboyun Ballıqaya kəndi istiqamətində hərbi xidmətdə olmuşam. Daha sonra Murovdağ uğrundakı döyüşlərdə iştirak etmişəm. Sonra Goranboyun Goran qəsəbəsi yaxınlığındakı hərbi hissəyə göndərilmişəm. Daha sonra isə cənubda xidmət aparmışam. Əvvəl Qubadlıda olmuşam, indi isə Zəngilandayam”.
Bu sözləri Oxu.Az-a MMA üzrə Rizin Qran-Pri kəmərinin yüngül çəkidə çempionu, Azərbaycanın tanınmış idmançısı Tofiq Musayev deyib.
Xatırladaq ki, Tofiq Musayev Azərbaycan MMA tarixində ən uğurlu karyera quran idmançılarımızdandır. O, qeydiyyata alınan 21 döyüşdən 18-də qələbə qazanıb. Ardıcıl 14 görüşdə qələbə qazanan Musayev ötən ilin dekabrın 31-də bir gündə iki döyüşdə iştirak etməklə Yaponiyada keçirilmiş Rizin Qran-Pri kəmərinin sahibi olub.
Səbuhi Musayev