Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında beşinci qızıl medalı qazanıb.
Oxu.Az-ın xəbərinə görə, buna qadın cüdoçumuz Xanım Hüseynova (-63 kq) nail olub.
O, İrina Qusyevaya (Ukrayna) vaza-ari ilə qalib gələrək qızıl medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal sıralamasında İspaniyanı keçərək 9-cu sıraya yüksəlib.

Qeyd edək ki, bu gün daha bir cüdoçumuz – Hüseyn Rəhimli (-81 kq) finalda mübarizə aparacaq.
Səbuhi Musayev