Daha bir güllə atıcımız – Kamran Zeynalov (P12) uğursuz çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, o, 10 metr məsafəyə atmada 543 xalla 27 iştirakçı arasında 23-cü olub.
Bununla da idmançımız finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Kamran Zeynalov sentyabrın 4-də 50 metr məsafəyə atıcılıqda məharətini göstərməyə çalışacaq.

08:08
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında ən yaşlı idmançımız Yelena Taranova mübarizəyə qoşulub.
Oxu.Az xəbər verir ki, 60 yaşlı Taranova (P12) 10 metr məsafəyə güllə atıcılığında yarışsa da, təsnifat mərhələsində mübarizəni dayandıraraq finala vəsiqə qazana bilməyib.
O, 538 xalla 18 iştirakçı arasında 16-cı olub.
Qeyd edək ki, ikiqat Paralimpiya mükafatçısı olan Yelena Taranova sentyabrın 2-də 25 metr məsafəyə və sentyabrın 4-də 50 metr məsafəyə güllə atmada medal qazanmağa çalışacaq.

Səbuhi Musayev