Azərbaycanlı paralimpiyaçılar "İBSA Dünya Oyunları"nda 4 medal qazandılar.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Oxu.Az-a daxil olan məlumata görə, Cənubi Koreyanın Seul şəhərində keçirilən yarışlarda üzgüçülük idman növü üzrə 100 metr belüstə məsafədə 1 dəqiqə 03 saniyə nəticəylə azərbaycanlı idmançı Dmitriy Saley gümüş, 400m sərbəst üsulla 4.38 dəqiqə nəticəsi ilə Roman Saley bürünc medal qazanıblar.
Atletika idman növü üzrə uzunluğa tullanmada Kamil Əliyev 7.01 sm nəticəylə qızıl, Vladimir Zaes isə nizə atma idman növündə 45.46 sm nəticəylə gümüş medal qazanıblar.
E.Ə.
www.oxu.az