Para-atletika millimiz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Qran Prisində iştirak edib.
Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, komitənin atletika idman növü üzrə idmançısı, F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 7.30 m nəticə göstərərək bürünc medal qazanıb.