Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paris-2024: Giorgi Meşvildişvili bürünc medal qazandı
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.
Oxu.Az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da G.Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvilinin rəqibi müəyyənləşib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı bürünc medal uğrunda Polşa təmsilçisi Robert Baranla üz-üzə gələcək.
Bürünc medal görüşləri bu gün Bakı vaxtı ilə 20:15-də başlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Giorgi Meşvildişvili" teqi üzrə xəbərlər
- Birinci vitse-prezident Mehriban Əliyeva paylaşım edib
- Mikayıl Cabbarov Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib
- Paris-2024: Azərbaycan boksçusu Alfonso Dominqes gümüş medal qazanıb
- Paris-2024: Azərbaycanlı güləşçi Giorgi Meşvildişvili yarımfinalda məğlub olub
- Bu xəbərləri qaçırmayın: 09.08.2024-ün ən mühüm hadisələri
Rəylər