Paris-2024 Yay Paralimpiya Oyunlarında çıxış edən bütün təmsilçilərimizin görüşləri canlı yayımlanacaq.
Oxu.Az xəbər verir ki, təmsilçilərimizin bütün çıxışları İctimai Televiziya vasitəsilə azarkeşlərə nümayiş olunacaq.
Bu, Azərbaycan teleməkanında ilk belə hadisədir. İndiyədək Paralimpiada ölkəmizdə bu şəkildə yayımlanmayıb.
Qeyd edək ki, Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.
Rəylər