Paris Yay Olimpiya Oyunları 2024-ün keçirilməsinə ərizə verib, AP bildirib.
Oxu.Az xəbər verir ki, Parisin şəhər şurası aprel ayında OO-2024-ün keçirilməsi üçün ərizə təqdim edib.
Ərizənin təqdimatı Milli Olimpiya Komitəsinin təsis edildiyi gün iyunun 23-də baş tutub.
Paris iki dəfə 1900 və 1924-cü illərdə yay olimpiadasının paytaxtı olub.
Daha öncə Oyunların keçirilməsi üçün Boston (ABŞ), Hamburq (Almaniya) və Roma (İtaliya) ərizələr vermişdi. Çərşənbə axşamı Budapeşt (Macarıstan) bələdiyyəsi Olimpiada-2024-ün keçirilməsinə şəhərin rəsmi ərizəsinin verilməsi üçün səs verib. Eləcə də xəbər verilir ki, Olimpiadanın keçirilməsinə hind Əhmədabadı namizəd ola bilər.
E.Ə.
www.oxu.az