Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Parisdə medal qazanan paralimpiyaçı: "Azərbaycanı layiqincə təmsil etmək üçün çalışacağam"
Çalışacağam Azərbaycanı layiqincə təmsil edim. Bunun üçün əlimdən gələni edəcəyəm.
"Report" xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan paraüzgüçüsü Raman Saley deyib.
30 yaşlı idmançı paralimpiada tarixində beşinci dəfə fəxri kürsüdə yer aldığını xatırladıb.
O, Paris-2024-də daha üç dəfə mübarizə aparacağını söyləyib.
Qeyd edək ki, Raman Saley Paris paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 2-də S13 kateqoriyasında 50 m sərbəst, sentyabrın 4-də 100 m sərbəst, sentyabrın 7-də isə 100 m batterflyay üsullarında çıxış edəcək.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycan idmançılarının Parisdə qazandıqları medallar geri qaytarılır: Proses başlandı - ÖZƏL
- Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
- Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə həyatı qurdu
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"