Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Partizan” (Serbiya) - “Neftçi” (Azərbaycan) oyununun vaxtı açıqlanıb.
Oxu.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, avqustun 21-də baş tutacaq ilk qarşılaşmanın başlama saatı müəyyənləşib. Belqraddakı oyun Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Bu qarşılaşma “Partizan”a məxsus eyniadlı stadionda keçiriləcək.
Qeyd edək ki, cavab oyunu avqustun 28-də Bakıda baş tutacaq.