Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Qərbi Avropanın Bakı-2015 ilk Avropa Oyunlarına münasibətini “ikiüzlü" adlandırıb.
“Biz Qərbi Avropa ölkələrinin olimpizm haqqında mühazirələrindən bezmişik”, - Oxu.Az P.Hikkinin İnside The Games jurnalına müsahibəsindən sitat gətirir.
“Onlar fikirləşirlər ki, AOK Avropa Birliyinin 28 ölkəsindən ibarətdir, lakin bu belə deyil. Avropa Olimpiya Komitəsinə 50 ölkə daxildir, və onlardan hər biri Avropa Oyunlarını keçirmək hüququna malikdir.
Qərbi Avropanın öz Oyunları yoxdur. Və bu ölkələr Avropa Oyunlarını keçirmək üçün öz namizədliklərini irəli sürmürlər, və bu səbədən onların Azərbaycanı tənqid etmək ixtiyarları yoxdur”, - AOK prezidenti deyib.