Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pedri "Barselona" ilə bağlı qərarını verdi
22 yaşlı yarımmüdafiəçi Pedri "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzatmaq üçün klubla şifahi razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
İspan futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Məlumata görə, yeni müqavilənin yekun detalları yaxın vaxtlarda razılaşdırılacaq. Hazırda əmək müqaviləsinin rəsmi imzalanma tarixi müəyyən edilməyib.
Xatırladaq ki, Pedri 2020-ci ilin yayından "Barselona"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 174 matçda iştirak edib, 24 qol vurub, 17 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.
"Barselona FK" teqi üzrə xəbərlər
- İspaniya La Liqası: "Barselona" "Valensiya"nı darmadağın etdi
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Mançester Siti" klubu UEFA Çempionlar Liqasındakı son 11 ilin ən pis nəticəsinə imza atıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha üç komanda məlum olub
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
Rəylər