"Sumqayıt" futbol klubu Pedro Pinto ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, müdafiəçinin Anqolanın "Petroleos de Luanda" komandası ilə transferi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.
Xatırladaq ki, Pedro Pinto "Sumqayıt" klubuna ötən ilin yay transfer dövründə qoşulmuşdu.