Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pep Qvardiola həyat yoldaşı ilə barışmaq üçün dişini bəhanə edərək İspaniyaya gedib
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola evliliyini qorumaq üçün əlindən gələni edir.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis diş həkiminə baş çəkmək üçün keçən həftə Barselonaya yollanıb. Lakin məşqçi üç gecə şəhərdə, ailəsinin evində qalıb. O, boşanmaq məsələsi gündəmdə olan həyat yoldaşı Kristina ilə vaxt keçirib. İddialara görə, o, xanımı ilə münasibətləri yaxşılaşdırmağa çalışıb.
Onlar 30 ildir birlikdədirlər və 20 ildir evlidirlər. Cütlüyün üç övladı var - Mariya (24 yaş), Marius (22 yaş) və Valentina (17 yaş).
Onların ayrılmasına səbəb Pepin işi ilə müqayisədə ailəsinə az vaxt ayırmasıdır. Kristina onun "Siti" ilə 2027-ci ilin yayına qədər yeni müqavilə imzaladığını öyrəndikdən sonra münasibətə son qoymaq qərarına gəlib. Xanımı Qvardiolanın cari mövsümdən sonra Mançesterdən ayrılacağına ümid edirdi.
"Pep Qvardiola" teqi üzrə xəbərlər
- Qvardiola "Mançester Siti"nin uğursuzluğunu Kevin De Bruynenin üzərinə atdı
- Pep Qvardiola "Real Madrid"ə qalib gələ bilməyəcəklərini etiraf edib
- Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR
- Qvardiola "Mançester Siti"nin "Real"a məğlubiyyətinin səbəblərini açıqladı
- Pep Qvardiola antirekordunu TƏKRARLADI