“Avropa Super Liqasının yaradılması ilə futbola hər səviyyədə yardım edəcək, dünyada futbolu düzgün nöqtəyə gətirəcəyik”.
“SporX”in məlumatına görə, bu sözləri Avropa Super Liqasının və Madridin “Real” klubunun prezidenti Florentino Peres deyib.
“Avropa Super Liqa klublarının oyunçularına 2022-ci il dünya çempionatında oynamağı qadağan etsələr, öz turnirimizi yaradarıq. Heç kim bunu problem etməsin”, - deyə F.Peres bildirib.