Futbolda azarkeş davası olmasa, onun ləzzəti olmaz. Bütün dünyada belədir, nəinki Azərbaycanda. Hələ, ən sakit azarkeşlər, bizdədir.
Oxu.Az xəbər verir ki, bunu report-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Musayev jurnalistin ““Neftçi” azarkeşlərinin “Kəpəz” klubunun avtobusunu daşa basmasına görə, komanda cəzalandırılacaqmı?” sualına cavab olaraq bildirib ki, bu, müvafiq orqanların araşdırmasından sonra məlum olacaq.
“Bəlkə heç vuran “Neftçi” azarkeşi olmayıb. Bu müvafiq orqanların araşdırmasından sonra məlum olacaq”.
PFL-in prezidenti daxili çempionatlarda polisin azlığından danışıb.
“Avrokubok oyunları ilə daxili çempionat fərqli şeylərdi. Əgər daxili çempionatda 3-4 min adam var idisə, Avropa matçları zamanı 12-13 min azarkeş olurdu.
Hər saya uyğun polis nəfəri ayrılır. Hər çempionatdan öncə, mən bir rəhbər olaraq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi və oyunların keçirildiyi rayonların rəislərinə məktub göndərərək lazımi xahişlərimizi onlara çatdırıram.
Sağ olsunlar ki, bu günə qədər heç bir problemimiz olmayıb və olmayacaq da”.
E.Ə.
www.oxu.az