Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pikenin karyerasına son qoymasının səbəbi açıqlandı - FOTO
“Barselona”nın müdafiəçisi Jerar Pike bir sıra problemlərə görə kataloniyalılardan ayrılmaq qərarına gəlib.
Bu barədə jurnalist Yelena Kondis Edo özünün “Twitter” səhifəsində yazıb.
Mənbənin sözlərinə görə, Pikeyə futbol problemlərindən əlavə, mətbuatla bağlı problemlər də təsir edib. Eyni zamanda futbolçunun “Barselona”nın prezidenti Joan Laportadan incikliyi səbəbindən belə bir qərar verdiyi də qeyd edilir.
👉A Piqué le han afectado mucho cuestiones futbolísticas y mediáticas que ha sufrido en las últimas semanas. Considera que ya no le compensan.
— Helena Condis Edo (@HelenaCondis) November 3, 2022
Está dolido con Laporta aunque no quiere hacer sangre públicamente.
Se retira porque el Barça era lo que le llenaba. + @partidazocope
Xatırladaq ki, noyabrın 3-də 35 yaşlı futbolçu idmandan getdiyini açıqlayıb. La Liqanın 13-cü turunun “Almeriya” ilə oyunu (noyabrın 6-da nəzərdə tutulur) futbolçu üçün sonuncu olacaq.
Pike “Barselona” forması ilə səkkiz La Liqa, üç Çempionlar Liqası kuboku və digər titullar qazanıb. İspaniya millisinin heyətində futbolçu 2010-cu ildə dünya və 2012-ci ildə Avropa çempionatının qalibi olub.
Rəylər