UEFA rəhbəri Mişel Platini iki gün ərzində rəsmi olaraq FİFA prezidenti seçkilərində öz namizədliyini irəli sürdüyünü elan edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, FİFA-nın icra komitəsi iyulun 20-də növbədənkənar iclasında təşkilatın yeni rəhbərinin seçkilərinin 2016-cı ilin fevral ayının 26-da Sürixdə keçiriləcəyini müəyyənləşdirib.
Platini rəsmi olaraq FİFA rəhbəri vəzifəsinə öz namizədliyini iki gün ərzində elan edəcək.
Daha öncə FİFA-nın rəhbəri vəzifəsinə öz namizədliyini irəli sürmək arzusunu məşhur sabiq fransız futbolçusu David Jinola, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın sabiq vitse-prezidenti və Koreya Futbol Assosiasiyasının sabiq rəhbəri cənubi koreyalı Çon Moncun, Moskva MOİK klubunun sabiq baş məşqçisi braziliyalı Ziko, Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti bildirmişdi.
E.Ə.
www.oxu.az