Playboy modeli Karla Hou “Roma” klubunun futbolçusu Eşli Koulu döyüb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə London gecə klublarının birində baş verib.
“Eşli məni bütün klub boyunca izləyirdi. O mənə yaxınlaşıb, klubdan çıxmağımı tələb edəndə, mən onu 3 dəfə üzündən vurdum. Fikirləşirdim ki, onu möhkəm vurmadım, lakin dostu dedi ki, zərbələrdən sonra o danışa bilmirdi. O fikirləşir ki, qadınlarla necə istəyir elə də rəftar edə bilər. Mən özümü və bacımı müdafiə edirdim”.
Zərbələr zamanı qadının barmaqlarında qalın üzüklər olduğundan futbolçunun dodaqları partlayıb.
5 il əvvəl Eşli Koul Karla Hounun əkiz bacısı - Melisa ilə görüşürdü. Model hesab edir ki, idmançı onu bacısı ilə səhv sala bilər.
Eşli Koul “Roma”da 2014-cü ildən çıxış edir. Buna qədər o “Kristal Palas”, “Arsenal” və “Çelsi” kimi klublarda oynayıb. İngiltərə yığmasında 107 oyun keçirib. 2006-cı ildən 2010-cü ilə qədər britaniyalı müğənni Şeril Koul ilə ailə həyatı yaşayıb.