ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted"ə rəhbərlik etməyə razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Qaston Edul məlumat yayıb.
Mənbənin məlumatına görə, yaxın vaxtlarda "Mançester Yunayted" ABŞ Futbol Federasiyasına rəsmi təklif göndərməli və 54 yaşlı argentinalı mütəxəssisin müqaviləsində nəzərdə tutulan təzminat məbləğini ödəməlidir.
Poçettino 2024-cü ildən ABŞ millisinə rəhbərlik edir. Buna qədər argentinalı mütəxəssis "Çelsi", PSJ, "Tottenhem", "Sauthempton" və "Espanyol" klublarında çalışıb.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Maykl Kerrikin rəhbərlik etdiyi komanda cari mövsümdə çempionatda keçirdiyi 10 matçın yalnız birində qələbə qazanıb.