Bakıda güclü yağışdan sonra Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində, "İnşaatçılar" metro stansiyası yaxınlığında nəqliyyatın hərəkətində ciddi çətinlik yaranıb.
Oxu.Az xəbər verir ki, yağıntı nəticəsində küçədə suyun səviyyəsi yüksəlib, yolun bəzi hissələri keçilməz vəziyyətə düşüb.
Yaranmış vəziyyət piyadaların və sürücülərin hərəkətini çətinləşdirib.
Ərazidən görüntüləri təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12