Qaradağ rayonunda - Lökbatan-Xocasən yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Oxu.Az xəbər verir ki, yağışlardan sonra sözügedən ərazinin müəyyən hissəsində su toplanıb və böyük gölməçə əmələ gəlib.
Vətəndaşların sözlərinə görə, suyun səviyyəsi o qədər yüksəlib ki, bəzi avtomobillərin dövlət qeydiyyat nişanlarından yuxarıya qalxır. Müəyyən maşınlar oradan keçə bilmirlər, sönüb qalırlar.
Ərazidən görüntüləri təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12