Bakıda müşahidə olunan yağıntılı hava şəraiti paytaxt sakinləri üçün çətinliklər yaradıb.
Oxu.Az xəbər verir ki, Sabunçu, Xəzər və Yasamal rayonlarında, xüsusilə Bakıxanov, Maştağa, Ramana və Buzovna qəsəbələrində yağış sularının artması yollarda vəziyyəti çətinləşdirib.
Adıçəkilən ərazilərdə subasma halları qeydə alınıb, avtomobillərin və piyadaların hərəkətində maneələr yaranıb. Bəzi ərazilərdə yollar keçilməz vəziyyətə düşüb.
Qaynar xətt:
(055) 224 12 12