Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pol Poqba evindən nəyin oğurlandığını açıqlayıb
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba evinin qarət edilməsinin təfərrüatlarını açıqlayıb.
“Mən yaxşıyam, ailəm də. Çempionlar Liqası oyunu ilə çox gözəl bir həftə keçirdim. Evə gedərkən bildim ki, üç nəfər içəri girib və seyfimi oğurlayıb. Orada anamın qızıl-zinət əşyaları, dünya çempionatı medalım olub... Məni ən çox qorxudan isə qarət zamanı iki övladımın dayə ilə birlikdə evdə olması olub. Dayə hər şeyi eşidib, arvadıma və mühafizəyə zəng edib, sonra uşaqlarla birlikdə otaqda gizlənib. Bundan bir neçə gün sonra o, hələ də şokda idi. Ən əsası odur ki, övladlarımla hər şey qaydasındadır”, – deyə Poqba olanları danışıb.
Xatırladaq ki, qarət hadisəsi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko”ya qarşı keçirilən oyun vaxtına təsadüf edib.
Mənbə: “Çempionat”
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu