Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pol Poqba sabiq komandasına qayıdır
Fransalı yarımmüdafiəçi Pol Poqba karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Oxu.Az "Transfer News Live"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sabiq klubu "Mançester Yunayted"in formasını geyməyə yaxındır.
Poqba artıq "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimlə şəxsi söhbət edib. Bildirilir ki, "Mançester Yunayted" Poqbaya birillik müqavilə təklif etməyə hazırlaşır. Klub çoxlu sayda bonus ödənişləri ilə fransalını aşağı maaşa razı salmaq istəyir.
Qeyd edək ki, Pol Poqbanın dopinq diskvalifikasiyası martın 10-da rəsmən başa çatacaq. Təcrübəli yarımmüdafiəçi hazırda azad agentdir.