Fransanın "Monako" klubu məşhur futbolçu Pol Poqba ilə əməkdaşlığa rəsmən son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər 2027-ci ilin iyununadək nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəliblər.
Klub rəhbərliyi 2018-ci ildə Fransa milli komandasının heyətində dünya çempionu adını qazanmış ulduz futbolçuya "Monako"dakı fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığa və etimada görə xüsusi təşəkkürünü çatdırıb.
Məlumat üçün bildirək ki, 2025-ci ilin yayından etibarən "Monako" formasını geyinən Pol Poqba arxada qalan mövsümdə meydana cəmi 6 dəfə çıxıb. Təcrübəli oyunçu bu görüşlərdə nə qol sevinci yaşayıb, nə də hər hansı məhsuldar ötürmə ilə yadda qala bilib.