Fransa millisi ilə dünya çempionu olmuş yarımmüdafiəçisi Pol Poqba 2023-cü ildən bəri ilk dəfə rəsmi oyunda iştirak edib.
Oxu.Az xəbər verir ki, hazırda "Monako" komandasının futbolçusu olan Poqba Fransa çempionatının 13-cü turunun Rennlə (1-4) oyununun 85-ci dəqiqəsində meydana çıxıb.
2024-cü ilin fevral ayında Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilib, lakin sonradan cəzası 18 aya endirilib.
İyun ayında futbolçu "Monako" ilə müqavilə imzalayıb. O, sonuncu dəfə 3 sentyabr 2023-cü ildə İtaliyanın "Yuventus" klubunda oynayıb.