Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pol Poqbanı istəyən klub transferdən son anda imtina etdi
"Yuventus"un və Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını A Seriyasında davam etdirməyə yaxın olsa da, keçid baş tutmayıb.
Oxu.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, futbolçu ilə "Fiorentina" maraqlanıb. Tərəflər arasında hətta bir neçə görüş də olub. Lakin sonda "bənövşəyilər" yarımmüdafiəçinin fiziki hazırlığına şübhə etdikləri üçün onunla müqavilə imzalamaqdan imtina ediblər.
Qeyd edək ki, Poqba hazırda azad agentdir. O, qadağan olunmuş maddə qəbul etdiyinə görə dörd il müddətinə diskvalifikasiya edilib, lakin İdman Arbitraj Məhkəməsi (CAS) qadağanın müddətini 18 aya endirib. Futbolçu yanvardan fərdi məşqlərə başlayıb.
"Yuventus FK" teqi üzrə xəbərlər
- "Liverpul" türkiyəli hücumçu üçün İtaliya klubuna 80 milyon avro ödəməyə hazırdır
- Klaudio Ranyeri baş məşqçi karyerasını bitirəcək
- "Qalatasaray"ın işi çətinləşdi – "Barselona" Viktor Osimhen üçün təklif göndərdi
- A Seriyası: "Yuventus" böyük fərqlə uduzdu
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI