Bu gün səhər “Qarabağ” və şotland komandası “Seltik” arasında Çempionlar Liqasının matçına bilet satışı bərpa edilib.
Oxu.Az xəbər verir ki, kassaların yanında polislər, klubun əməkdaşları, eləcə də könüllülər durub. Asayiş keşikçiləri kassaların yanında alverçilərin peyda olmamasını, klub əməkdaşları və könüllülər isə satış prosesinə nəzarət və azarkeşlərə növbəni gözləməyə yardım edirlər.
Məlum olduğu kimi, dünən axşam biletlərin satışı stadion ətrafında peyda olan bilet alverçiləri üzündən dayandırılıb.
F.H.
www.oxu.az