Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polşa klubu Azərbaycan millisinin hücumçusunun maaşını ikiqat artıracaq
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşadan ayrılmayacaq.
Oxu.Az "Apasport"a istinadən xəbər verir ki, idmançının hazırda çıxış etdiyi "Radomyak" klubu 25 yaşlı forvardla danışıqlara başlayıb və Dadaşovdan ilkin razılıq alınıb.
Halbuki Dadaşova Polşanın digər klubları da təklif göndərib. Lakin Renat minimum daha bir mövsümü "Radomyak"da keçirmək istəyir.
Azərbaycanlı hücumçu hazırkı komandasında qalarsa, illik gəliri daha da artacaq. Belə ki, onun maaşı indikindən 2 dəfə çox olacaq. Müqavilə şərtlərinin daha da yaxşılaşacağının təminatı verildiyi üçün Renat "Radomyak"ı tərk etmək istəmir.
Daha əvvəl "Eştoril", "Vulverhempton", "Pasuş de Ferreyra", "Qrasshopper", "Tondela", "Hatayspor", "Ankaragücü" klublarının formasını geyinmiş Renatın "Radomyak"la hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Renat Radomye şəhərinin klubunda 5 matçda iki qol vurub və bir assist edə bilib.
"Renat Dadaşov" teqi üzrə xəbərlər
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Polşa klubu Azərbaycan millisinin futbolçusu ilə müqaviləni uzadacaq
- Polşa klubu Renat Dadaşovla bağlı yekun qərarını verib
- Renat Dadaşov yeni komandasının ən bahalı futbolçusu oldu
- Renat Dadaşovun "Radomyak"ı seçməsinin səbəbi bəlli olub – Almaniyaya getmək istəyir