Polşalı mütəxəssis Miroslav Çoroş Azərbaycanın ağır atletika üzrə yığmasına rəhbər seçildi.
Oxu.Az xəbər verir ki, o, bu vəzifədə səhhətinə görə postunu tərk edən macar Tomas Fexeri əvəz edib.
Artıq yaxın günlərdə Azərbaycan yığması ilk dəfə Çoroşun rəhbərliyi altında çıxış edəcək. Bizim komanda altı ştanqçıdan ibarət tərkiblə Avropa çempionatında Tbilisidə çıxış edəcək. Gürcüstana Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), Elmar Əliyev (56 kq), Valentin Xristov (62 kq), İvan Stoytsov və Əfqan Bayramov (hər ikisi 77 kq) yola düşəcəklər.
F.H.
www.oxu.az