Astarada polisə hücum edə şəxsin evindən narkotik vasitələr və silah aşkar olunub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən martın 31-də RPŞ-nin əməkdaşı A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdiyinə görə tutulmuş Seymur Əliyevin Astara şəhərindəki yardımçı təsərrüfatına baxış zamanı 6 kiloqram 49,9 qram heroin, 36,92 qram tiryək, 299,36 qram həşiş, 245,806 qram anfetamin həbi və 1 ədəd qaz tapançası aşkar edilərək götürülmüşdür.