“Aston Villa” Pedro Qonçalveş üçün 30 milyon avro təklif etsə də, “Sportinq” futbolçunun dəyərinin 80 milyon avro olduğunu bildirib.
Məlumata görə, “Sportinq”in rəsmiləri keçidə icazə verməyiblər.
“Sportinq” rəsmiləri isə 2027-ci ilədək müqaviləsi olan Pedro Qonçalveşin sərbəst qalma maddəsində 80 milyon avro qeyd olunduğu üçün keçidə icazə vermədiklərini bildiriblər.
Qeyd edək ki, Pedro Qonçalveş bu mövsüm “Sportinq” forması ilə çıxdığı 47 oyunda 18 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Marca.com
Rəylər