UEFA Millətlər Liqasının IV turunda Portuqaliya Norveç üzərində qələbə qazanıb, Danimarka isə Uelsi məğlub edib.
Oxu.Az xəbər verir ki, Portuqaliya doğma meydanda Norveç yığmasını 2:1 hesabı ilə üstələyib.
Portuda keçirilən qarşılaşmada hesabı 36-cı dəqiqədə Norveçin müdafiəçisi Kristoffer Ayer açıb. Cəmi iki dəqiqə sonra Joau Kanselu hesabı bərabərləşdirib. Portuqaliya 79-cu dəqiqədə Qonsalu Ramuşun qolu ilə hesabda önə keçib.
Portuqaliya 4 turdan sonra 12 xalla A Liqasının 4-cü qrupunda liderdir. Norveç isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
Digər oyunda Danimarka səfərdə Uelsə minimal hesabla qalib gəlib.
Kardiffdə keçirilən görüşdə yeganə qol 75-ci dəqiqədə Rasmus Hoylund tərəfindən vurulub.
Bu qələbədən sonra Danimarka 4 turdan sonra 6 xalla qrupda ikinci pilləyə yüksəlib.
Günün digər nəticələrini təqdim edirik:
UEFA Millətlər Liqası
4 oktyabr
A Liqası, II qrup
22:45. Yunanıstan - Almaniya - 0:0;
22:45. Niderland - Serbiya - 2:1.
B Liqası, III qrup
20:00. Kosovo - Avstriya - 1:1;
22:45. İrlandiya - İsrail - 1:1.
D Liqası, I qrup
20:00. Malta - Andorra - 1:0.
D Liqası, II qrup
17:00. Azərbaycan - Litva - 1:0.